ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Kolumbiya lideri Qustavo Petro narkoticarətinə qarşı lazımi tədbirlər görməsə, Vaşinqtonun bu sahədəki mübarizəsində “növbəti hədəfi” ola bilər.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Politico məlumat yayıb.
“Kolumbiya çoxlu narkotik istehsal edir, onların kokain istehsal edən fabrikləri var və bunu ABŞ-a satırlar”, - Tramp vurğulayıb.
ABŞ lideri əlavə edib ki, Petro vəziyyəti dərk etməli və tədbir görməlidir, əks halda nəticələr qaçılmazdır:
“O, növbəti olacaq. Ümid edirəm, bunu eşidir. O, növbəti olacaq”.