Ukrayna Xəzərdə 2 gəmini vurdu

Ukrayna Xəzər dənizində Rusiyaya məxsus iki gəmini hədəfə alıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Ukrayna Xüsusi Əməliyyat Qüvvələri məlumat yayıb.

Məlumata görə, Ukrayna Xüsusi Əməliyyat Qüvvələri “Bəstəkar Raxmaninov” və “Askar-Sarıca” adlı iki gəmini Xəzər dənizinin Kalmıkiya Respublikası sahilləri yaxınlığında vurub.