Bakıda 44 yaşlı kişi qətlə yetirilib, şübhəli kimi onun 19 yaşlı oğlu saxlanıb.
Stopnarkotik.az xəbər verir ki, hadisə gecə saatlarında Sabunçu rayonu, Ramana qəsəbəsi Gülçülük savxozu adlanan ərazidə olub.
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixar Vəlizadə yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Dərhal istintaq qrupu əraziyə gəlib araşdırmalara başlayıblar.
19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli qismdə saxlanıb. Qonşular deyirlər ki, ailə həmin evi bir neçə ay əvvəl alıb. Qonşularla münasibətləri olmasa da, ailənin sakit olduğu bildirilir.
Qonşular onu da əlavə etdilər ki, mərhum İftixar Vəlizadə kombi ustası olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
Daha ətraflı “Xəzər” TV-nin videomaterialında: