Gürcüstanda yeni dövlət qurumu - RƏSMİ ANTİ-NARKOTİK MƏRKƏZİ YARADILACAQ

Gürcüstanda qanunsuz narkotik dövriyyəsinin qarşısının alınması, aşkarlanması və yolunun kəsilməsi üzrə Mərkəz yaradılacaq.

Stopnarkotik.az xəbər verir ki, qanun layihəsinə əsasən, bu, Daxili İşlər Nazirliyi və Maliyyə Nazirliyinin birgə mərkəzi olacaq.

Layihənin mətnində qeyd edildiyi kimi, Gürcüstanda nəqliyyat vasitələrinin ixracı və təkrar ixracı statistikası artır, avtopark hər il 50.000-70.000 nəqliyyat vasitəsinə qədər genişlənir. Bu, qadağan olunmuş maddələrin gömrük ərazisindən qanunsuz daşınması ilə bağlı çoxsaylı hadisələrə səbəb olub.

"Mövcud çətinlikləri nəzərə alaraq, bu cinayətlərlə mübarizə aparmaq üçün gömrük nəzarətinin və dövlətin institusional potensialının gücləndirilməsinə ciddi ehtiyac var", deyə sənəddə qeyd olunur. 

Stopnarkotik.az