Özünə məxsus “Mersedes“ markalı avtomobillə təhlükə yaradan sürücu Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, Cəlilabad rayon sakini İ.Səfərov yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığına təhlükə yaratmaqla avtoxuliqanlıq hərəkətləri edib.
Sürücü barəsində protokol tərtib edilərək baxılması üçün rayon məhkəməsinə təqdim olunub.
Məhkəmənin qərarı ilə sürücü İ.Səfərov 15 sutka inzibati qaydada həbs edilib.