Bank kartından oğurluq iki nəfər ələ keçdi

Bakıda bir nəfərin bank kartından oğurluq edilib.

Daxili İşlər Nazirliyindən Stopnarkotik.az-a verilən xəbərə görə, Xəzər rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinə bir nəfərin bank kartından 600 manat oğurlanması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən 24 yaşlı A.Əhmədov və Z.Quliyev müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.