Ukrayna Rusiyanın mərkəzinə zərbə üçün ABŞ-dan icazə istəyir - ZELENSKİ VAŞİNQTONA GEDƏCƏK

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya ərazisinin dərinliklərinə zərbələr endirmək məqsədilə Qərbin uzaqmənzilli silahlarından istifadə etmək üçün şəxsən icazə almaq üçün ABŞ-yə getmək niyyətindədir.

Bu barədə Bild nəşri məlumat yayb.

“Zelenski yaxın bir neçə həftə ərzində ABŞ-yə səfər edəcək və strategiyasını həm ABŞ Prezidenti Co Baydenə, həm də prezidentliyə namizədlər Kamala Harris və Donald Trampa təqdim edəcək”, - nəşr qeyd edib.