Elə rayonlar var ki, 7 ay ərzində bircə nəfər narkoman da qandallaya bilməyiblər; ay ərzində 40-45 rayon bu prosesə töhfə verə bilmir…
İki həftə öncə Stopnarkpotik.az saytında “Azərbaycanda “narkotikdən xəbərsiz” rayonlar... – Onlar niyə aylarla mübarizədən kənarda qalırlar?” sərlövhəli yazı dərc etmişdik. Həmin yazıda Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə iştirak edən polis idarə və şöbələrinin 7 aylıq fəaliyyətini təhlil etmişdik. Qeyd etmişdik ki, DİN-in müvafiq idarələri və digər qurumlarla yanaşı, ay ərzində təxminən 20-30 rayonun polis əməkdaşları bu kampaniyada iştirak edir. Bu isə o deməkdir ki, ölkə üzrə 67 rayondan ən azı yarısı bu prosesdən kənarda qalır.
“Hər ay təxminən 15-20 rayonun narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədən kənarda qalması normal hal deyil. Hətta 50-100 min nəfər əhalisi olan elə rayonlar var ki, orada ay ərzində bir dəfə də olsun narkotik aşkar olunmayıb. Həmçinin, Bakının 11 rayonu arasında da elələri var ki, ardıcıl olaraq 2-3 ay müddətində bu mübarizəyə töhfə verə bilməyiblər”, - deyə yazıda vurğulanırdı.
Məqalənin sonunda isə bildirmişdik ki, bəzi rayonların aylarla bu sahədə tam fəaliyyətsiz olmaları anlaşılan deyil: “O mənada ki, sanki bu rayonlarda bir nəfər də olsun narkoman yoxdur və bu səbəbdən də narkotacirlərin buraya “yolu düşmür”. Lakin əldə etdiyimiz bir sıra faktlar məsələyə bu qədər nikbin yanaşmağa imkan vermir. Odur ki, növbəti yazıda həmin rayonlarla bağlı ayrıca araşdırma aparıb, nəticəsini dəyərli oxucularımıza təqdim etməyə çalışacağıq”.
Beləliklə, dəyərli oxucularımıza söz verdiyimiz kimi, bu dəfə ölkəmizdə Prezident İlham Əliyevin göstərişi ilə aparılan narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədən kənarda qalan rayonların fəaliyyəti, daha doğrusu fəaliyyətsizliyi ilə bağlı araşdırmamızın nəticəsini təqdim edirik.
Qeyd edək ki, 2024-cü ilin yanvar ayında Bakının 8 rayonu - Xətai, Xəzər, Qaradağ, Nərimanov, Nizami, Sabunçu, Suraxanı və Yasamalla yanaşı, Gəncə və Sumqayıt da bu mübarizədə fəal iştirak ediblər. 4 rayon - Binəqədi, Pirallahı, Nizami, Nəsimi isə bu prosesdən kənarda qalıb.
Ölkə üzrə isə 28 rayon aktiv olub: Abşeron, Ağcabədi, Ağdaş, Ağsu, Astara, Balakən, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Göyçay, Hacıqabul, İmişli, Kürdəmir, Qazax, Qəbələ, Quba, Lerik, Lənkəran, Masallı, Neftçala, Oğuz, Sabirabad, Salyan, Şirvan, Samux, Şabran, Yevlax və Zaqatala. Bu isə o deməkdir ki, 39 rayon - Abşeron, Ağdam, Ağstafa, Babək, Bərdə, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İsmayıllı, Kəlbəcər, Kəngərli, Qax, Qobustan, Qubadlı, Qusar, Laçın, Ordubad, Saatlı, Sədərək, Şahbuz, Şəki, Şirvan, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zəngilan, Zərdab yanvarda kampaniyaya töhfə verə bilməyiblər.
Növbəti ay - fevralda Bakının 10 rayonu - Binəqədi, Xətai, Qaradağ, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı, Yasamalla yanaşı, Gəncə və Sumqayıt prosesdə iştirak edib. 2 rayon - Xəzər və Pirallahı kənarda qalıb.
Ölkə üzrə rayonların sayına gəldikdə, fevralda 19 rayon - Abşeron, Ağsu, Astara, Balakən, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Xaçmaz, Kürdəmir, Qax, Qəbələ, Quba, Lerik, Masallı, Sabirabad, Şirvan, Yardımlı və Zaqatala aktiv olsa da, 48 rayon - Ağdam, Ağdaş, Ağcabədi, Ağstafa, Babək, Beyləqan, Cəbrayıl, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kəngərli, Qazax, Qobustan, Qubadlı, Qusar, Laçın, Lənkəran, Neftçala, Oğuz, Ordubad, Saatlı, Sədərək, Salyan, Şirvan, Samux, Şabran, Şahbuz, Şəki, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yevlax, Zəngilan, Zərdab mübarizəyə dəstək ola bilməyib.
Mart ayında Bakının 9 rayonu - Binəqədi, Xətai, Xəzər, Qaradağ, Nərimanov, Sabunçu, Səbail, Suraxanı, Yasamalla yanaşı, Gəncənin adı da siyahıda yer alır. Bu dəfə isə 3 rayon - Pirallahı, Nizami və Nəsimi kampaniyadan kənarda qalıb.
Hesabat ayı ərzində ölkə üzrə isə 22 rayon seçilib: Abşeron, Ağcabədi, Ağdam, Ağsu, Beyləqan, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Hacıqabul, İmişli, Qazax, Qusar, Lənkəran, Saatlı, Salyan, Şamaxı, Şəki, Şəmkir, Şirvan, Yardımlı və Yevlax. Beləliklə, martda 45 rayon - Ağdaş, Ağstafa, Astara, Babək, Balakən, Bərdə, Biləsuvar, Culfa, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Xaçmaz, Xızı, Xocalı, Xocavənd, İsmayıllı, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qəbələ, Qobustan, Quba, Qubadlı, Laçın, Lənkəran, Lerik, Masallı, Neftçala, Oğuz, Ordubad, Sabirabad, Sədərək, Şirvan, Samux, Şabran, Şahbuz, Şərur, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Zəngilan, Zaqatala və Zərdab mübarizəni “dayandırıblar”.
Apreldə Bakı rayonları arasında passivlik yaşanıb. Belə ki, cəmi 6 rayon - Binəqədi, Xəzər, Nərimanov, Nəsimi, Yasamal, Sabunçu ilə yanaşı, Sumqayıtın adı da seçilənlər siyahısında yer alır. Qalan 6 rayon - Qaradağ, Səbail, Suraxanı, Pirallahı, Nizami və Xətai isə bu ay ərzində “mürgü vurub”.
Rayonların ümumi sayına gəldikdə, apreldə 22 polis şöbəsi aktiv olub: Abşeron, Ağdaş, Ağsu, Balakən, Beyləqan, Hacıqabul, Xızı, İsmayıllı, Kürdəmir, Qazax, Qobustan, Lənkəran, Masallı, Mingəçevir, Naftalan, Neftçala, Oğuz, Samux, Yevlax və Zərdab. Beləliklə, hesabat ayında yenə 45 rayon - Ağdam, Ağcabədi, Ağstafa, Astara, Babək, Bərdə, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Xaçmaz, Xocalı, Xocavənd, İmişli, Kəlbəcər, Kəngərli, Qəbələ, Qax, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Ordubad, Saatlı, Sabirabad, Sədərək, Salyan, Şirvan, Şabran, Şahbuz, Şəki, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı, Zəngilan və Zaqatala öz fəaliyyətini “dondurub”.
Mayda Bakının 8 rayonu - Binəqədi, Nərimanov, Nəsimi, Nizami, Sabunçu, Səbail, Suraxanı və Yasamal mübarizəyə töhfə verib. Bu dəfə Gəncə və Sumqayıt da siyahıdan kənarda qalmayıb. Siyahıdan kənarda qalanlar isə Qaradağ, Xəzər, Pirallahı və Xətai rayonları olub.
May ayında mübarizəyə dəstək verən rayonların sayı isə 20 olub: Ağcabədi, Ağsu, Balakən, Beyləqan, Biləsuvar, Xaçmaz, İsmayıllı, Kürdəmir, Qazax, Qobustan, Lerik, Masallı, Neftçala, Sabirabad, Salyan, Şirvan, Tovuz, Ucar və Yardımlı. Odur ku, bu ay 47 rayon - Ağdam, Ağdaş, Ağstafa, Astara, Babək, Bərdə, Cəbrayıl, Cəlilabad, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, İmişli, Kəlbəcər, Kəngərli, Qəbələ, Qax, Quba, Qubadlı, Qusar, Laçın, Lənkəran, Oğuz, Ordubad, Saatlı, Sədərək, Salyan, Samux, Şabran, Şahbuz, Şəki, Şamaxı, Şəmkir, Şərur, Şuşa, Siyəzən, Tərtər, Yevlax, Zəngilan, Zaqatala və Zərdab mübarizədən kənarda qalıblar.
İyunda cəmi 4 rayonun – Xətai, Sabunçu, Səbail və Suraxanının adı aktiblər siyahısında yer alır. Ölkənin ikinci böyük şəhəri olan Gəncə də bu dəfə siyahıdan kənarda qalmayıb. 8 rayon - Binəqədi, Qaradağ, Xəzər, Pirallahı, Nizami, Nərimanov, Nəsimi və Yasamal isə mübarizəyə töhfə verə bilməyiblər.
Ölkə üzrə aktiv rayonların sayına gəldikdə, iyunda 26 rayon seçilib: Abşeron, Ağdam, Ağdaş, Astara, Beyləqan, Bərdə, Biləsuvar, Cəlilabad, Goranboy, Xaçmaz, Xankəndi, Qax, Quba, Qusar, Lənkəran, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Samux, Şəki, Şəmkir, Şirvan, Yevlax, Zaqatala və Zərdab. Deməli, 41 rayon - Ağcabədi, Ağstafa, Ağsu, Babək, Balakən, Cəbrayıl, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Göyçay, Göygöl, Hacıqabul, Xızı, Xocalı, Xocavənd, İmişli, İsmayıllı, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qəbələ, Qax, Qazax, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Lerik, Masallı, Ordubad, Sədərək, Salyan, Şabran, Şahbuz, Şamaxı, Şərur, Şuşa, Siyəzən, Tərtər, Tovuz, Ucar, Yardımlı və Zəngilan adını siyahıya yazdıra bilməyib.
İyulda Bakının 7 rayonu – Binəqədi, Qaradağ, Nəsimi, Nizami, Sabunçu, Səbail və Suraxanı ilə yanaşı, Sumqayıt da prosesə təkan verib. 5 rayon - Xəzər, Pirallahı, Xətai, Nərimanov və Yasamal isə passiv mövqedə qalıb.
Bölgələrə gəldikdə, 27 rayon - Abşeron, Ağcabədi, Ağdam, Astara, Balakən, Biləsuvar, Göyçay, Hacıqabul, Xızı, İsmayıllı, Qax, Qazax, Qəbələ, Lerik, Lənkəran, Masallı, Naftalan, Oğuz, Sabirabad, Salyan, Siyəzən, Şamaxı, Şirvan, Tovuz, Ucar və Yevlax mübarizədə seçilməyi bacarsa da, 40 rayon - Ağdaş, Ağstafa, Ağsu, Astara, Babək, Bərdə, Beyləqan, Cəbrayıl, Cəlilabad, Culfa, Daşkəsən, Füzuli, Gədəbəy, Goranboy, Göygöl, Xaçmaz, Xocalı, Xocavənd, İmişli, Kəlbəcər, Kəngərli, Kürdəmir, Qobustan, Quba, Qubadlı, Qusar, Laçın, Neftçala, Ordubad, Saatlı, Sədərək, Şirvan, Samux, Şabran, Şahbuz, Şəki, Şəmkir, Şərur, Şuşa, Tərtər, Yardımlı, Zəngilan, Zaqatala və Zərdab isti yay günlərində “kölgəyə çəkilib”.
2024-cü ilin ilk 7 ayının rəsmi statistik göstəricilərindən də aydın olduğu kimi, narkotik ticarətinin və narkomaniyanın ən çox tüğyan etdiyi Bakının bəzi rayonlarında 2, 3, hətta 4 ay ərzində nəinki hansısa narkotik alverçisi ələ keçib, polis heç bircə nəfər narkomanı da “qulaqlaya” bilməyib. Hansı ki, ilk 7 ayın göstəricisinə əsasən, Xəzər rayonu 4 ay, Qaradağ, Xətai və Nizami rayonları 3 ay, Nərimanov, Binəqədi və Yasamal rayonları isə 2 ay ərzində tamamilə fəaliyyətsiz olublar. Məsələn, inanmaq olmur ki, Bakıda “narkotikin məkanı” olan Yasamalda iyun və iyul aylarında bircə nəfər də “bariqa” ələ keçməyib. Bu fikir eynilə daha passiv mövqedə olan Xəzər, Qaradağ, Xətai, Nizami, Nərimanov və Binəqədi rayonlarına da aiddir. Əlbəttə, Pirallahı rayonunun bu mübarizədən kənarda qalması hardasa başadüşüləndir. Amma yenə də inanmaq olmur ki, narkotik tacirləri 21 min nəfərdən çox əhalisi olan bu adaya hələ də ayaq aça bilməyiblər.
Zənnimizcə, ölkənin ikinci və üçüncü böyük şəhələri olan Gəncə və Sumqayıtda da hesabat dövrünün 2 ayı ərzində (Gəncə - aprel, iyul, Sumqayıt - mart, iyun) bircə nəfər narkoman da ələ keçməyib.
Bölgələrə gəldikə, şübhəsiz, işğaldan azad olunan və hələ əhalinin tam məskunlaşmadığı rayonların mübarizədən kənarda qalması anlaşılandır. Lakin son 7 ayın statistikasında ölkə üzrə orta hesabla 40-45 rayonun ay ərzində bu sahədə fəaliyyətsiz qalması məntiqsiz görünür. Nümunə olaraq Ağstafa rayonunu göstərə bilərik ki, burada 7 ay ərzində bircə fakt belə, aşkarlanmayıb. Lakin Ağsatafa kimi çox sayda rayonlar var ki, aylarla mübarizəyə töhfə verə bilməyiblər və dəyərli oxucuların onların siyahısı ilə yazımızda tanış olmaq imkanı var.
Beləliklə, araşdırmamızın yekunu onu deməyə əsas verir ki, hələ ölkəmizdə narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə arzuolunan səviyyədə deyil. Odur ki, bu sahədə daha ciddi tədbirlərin görülməsinə ehtiyac var.
Stopnarkotik.az