Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının 2025-ci il iyul ayı üzrə (7 aylıq) hesabatında cinayətkarlıqla bağlı da mühüm rəqəmlər açıqlanıb. Məlumata görə, cari ilin ilk yarısında həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5214 cinayət faktı aşkarlanıb. Onlardan 1632-i narkotik vasitələrin qanunsuz satışı, 3453-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 127-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 2-i bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
Ötən 2024-cü ilin yanvar-iyul ayları üçün isə statistic göstəricilər daha yüksək idi. Belə ki, 2024-cü ilin ilk 7 ayı ərzində ümumilikdə 6458 cinayət faktı aşkarlanıb. Onlardan 1974-ü narkotik vasitələrin qanunsuz satışı, 4313-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması, 168-i narkotik tərkibli bitkilərin qanunsuz əkilib-becərilməsi, 3-ü bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub.
İki dönəmin rəqəmləri arasında fərq belə təzahür edir: ümumilikdə aşkarlanan cinayət faktı 1244 sayda azalıb. Narkotik vasitələrin qanunsuz satışı 342, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması 860, narkotik vasitələrin qanunsuz əkilib becərilməsi 41, digər cinayətlər isə 1 sayda azalıb.

Amma digər tərəfdən də yanvar-may ayının statistikası göstərir ki, 2025-ci ilin may ayı ilə müqayisədə iyul ayının rəqəmləri artım tempi ilə gedib. Məsələn, 2025-ci ilin yanvar-may ayı üzrə narkotiklə bağlı ümumilikdə 3797 cinayət faktı aşkarlanıb, hansı ki, onun 1139-u narkotik vasitələrin qanunsuz satışı, 2616-ı narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması, 40-ı narkotik vasitələrin əkilib-becərilməsi, 2-si digər cinayətlərlə bağlıdır.
May ayından iyul ayına artım narkotiklə bağlı cnayətlərin ümumi sayında 1417, narkotik vasitələrin qanunsuz satışı üzrə 493, narkotik vasitələrin qanunsuz əldə edilib saxlanması üzrə 837, narkotik bitkilərin qanunsu zəkilib becərilməsi üzrə 87 olub.
Ülviyyə ŞÜKÜROVA
Stopnarkotik.az
P.S. Əlbəttə, ölkəmizdə cinayət faktlarının azalması müsbət haldır. Lakin, təəssüf ki, bəzi hallarda bu azalma sadəcə rəsmi rəqəmlərdə özünü göstərir və real mənəzərə tamamilə fərqli olur. Odur ki, əgər rəsmi rəqəmlər reallıqla üst-üstə düşürsə, bu, ancaq təqdirolunan haldır. Arzu edək ki, cari ilin ikinci yarısında da cinayətkarlıq faktları azalan xətt üzrə inkişaf etsin.