Müasir tibb daim psixi pozğunluqların və asılılıqların müalicəsi üçün yeni effektiv üsullar axtarır. Bunun fonunda tədqiqatçılar ənənəvi mədəniyyətlər tərəfindən əsrlər boyu istifadə edilən bitki mənşəli psixoaktiv maddələrə getdikcə daha çox diqqət yetirirlər.
Bu maddələrdən biri də iboqaindir. İboqain psixodelik deyil, unikal təsiri olan mürəkkəb alkaloiddir. İlkin məlumatlara görə, o, beyni “yenidən işə sala” və dərin terapiya üçün fürsət pəncərəsini aça bilir.
İboqainin tarixi qədim ənənələrin, elmi kəşflərin və tənzimləyici maneələrin qarışığıdır. İboqain Qərbi Afrikada bitən “Tabernanthe iboga” kolunun kökündən əldə edilir. Qabonun yerli xalqı əsrlər boyu ondan “Bwiti” ruhani ayinlərində şəfa və vəfat etmiş əcdadların dünyası ilə ünsiyyət vasitəsi kimi istifadə edirdilər. Kiçik dozalarda iboqa kökü ovçuları həvəsləndirmək, aclıq və yorğunluqla mübarizə aparmağa kömək etdi və afrodizyak rolunu oynadı.
Qərb iboqain haqqında ilk dəfə 19-cu əsrdə bildi. 1939-1970-ci illərdə Fransadakı apteklər onu "Lambarene" adı ilə depressiya və yoluxucu xəstəliklər üçün stimullaşdırıcı və dərman kimi satırdılar. Lakin 1970-ci illərdə Nikson administrasiyası “narkotiklərə qarşı müharibə” elan etdi və iboqaini qadağan olunmuş maddələrin siyahısına daxil etdi. Həkimlər ondan tibbi istifadəni dayandırdılar.
Amma hadisələr iboqainin xeyrinə cərəyan etdi və bitkinin asılılıq əleyhinə xüsusiyyətləri kəşf olundu.
1980-ci illərdə iboqain Howard Lotsof sayəsində intibah yaşadı. Heroin aludəçisi təsadüfən aşkarladı ki, iboqain qəbul etdikdən sonra onun opioidlərə olan həvəsi və ağrı (lomka) simptomları yoxa çıxıb. O, bu metodu patentləşdirdi və həyatını onun təbliğinə həsr etdi. 1990-cı illərdə professor Debora Mash klinik sınaqlar üçün FDA-dan icazə aldı, lakin onlar dayandırıldı. Yalnız 2018-ci ildən bəri bitkinin psixikaya təsirinə maraq dalğasında elm adamları tədqiqatları bərpa etdilər.
İboqain terapiyası necə işləyir?
Əsasən serotonin reseptorlarına təsir edən LSD və psilosibindən fərqli olaraq, iboqain daha mürəkkəb təsir edir. Bitki bir anda bir neçə neyromediator sisteminə təsir göstərir ki, bu da onun geniş terapevtik potensialını izah edir.
Beynin yenilənməsi və neyroplastiklik
İboqain neyrooplastikliyi - beynin yeni sinir əlaqələri yaratmaq qabiliyyətini stimullaşdırır. Neyronların böyüməsinə və dəyişməsinə səbəb olan neyrotrofik amillərin (BDNF və GDNF) səviyyəsini artırır. Tədqiqatçılar iboqainin beynin mükafat, idrak funksiyası və qərar qəbul etmədən məsul olan bölgələrində bu prosesləri aktivləşdirdiyini göstəriblər.
İboqainin bu təsiri 72 saata qədər davam edən "neyroplastiklik pəncərəsi" yaradır. Bu dövrdə beyin öyrənməyə başlayır və yeni məlumatlara xüsusilə həssas olur. İnsan köhnə davranış nümunələrindən daha asanlıqla qurtula və sağlam vərdişlər formalaşdıra bilər. Buna görə də, iboqain ilə terapiya seansı başlıca rol oynayır.
Asılılıq yaradan sistemlərə təsir
İboqain asılılıq yaradan reseptorlarla birbaşa qarşılıqlı təsir göstərir;
opioid reseptorları vasitəsilə fiziki asılılığı və ağrı simptomlarını azaldır;
nikotin asetilxolin reseptorları vasitəsilə spirt və nikotinə olan istəyi azaldır;
NMDA reseptorlarına təsir edir, ketamin kimi ağrı sindromunun öhdəsindən gəlməyə kömək edir;
dopamin və serotonin sistemlərinə təsir edir, antidepresan təsiri artırır və qavrayışı dəyişir.
Araşdırmalar davam etsə də, nəticələr artıq ümidvericidir.
191 xəstə üzərində aparılan araşdırmada iboqain opioidlərin ağrı simptomlarını, kokain və heroinə olan istəyi xeyli dərəcədə azaldıb, depressiya və narahatlığı azaldır.
Ardı var...
Stopnarkotik.az