Ağstafada 15 yaşlı oğlan bıçaqlandı - YENİLƏNİB

Ağstafa Rayon Polis Şöbəsinə rayonun Sadıqlı kənd sakini A. Paşşanovun kəsici alətlə kürək nahiyyəsinin kəsilmiş-deşilmiş xəsarət alması barədə məlumat daxil olub.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Stopnarkotik.az-a bildirilib ki, polis əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində hadisəni 2008-ci il təvəllüdlü E.İbrahimlinin törətməsi məlum olub.

Faktla bağlı araşdırmalar davam etdirilir

***17:14

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Muğanlı kəndində qeydə alınıb. 2009-cü il təvəllüdlü A.Paşalı bıçaq xəsarət ilə xəstəxanaya yerləşdirilib və əməliyyat edilib.

Hadisə yerinə polis əməkdaşları cəlb olunub.