Rusiya Britaniya raketi ilə vurula bilər- 5 sabiq nazir və Conson müraciət etdi…

Britaniyanın beş keçmiş müdafiə naziri və sabiq baş nazir Boris Conson Keir Starmerə müraciət edib.

Məlumatı “The Times” yayıb.

Nəşrin məlumatına görə, nazirlər Qrant Şapps, Ben Uolles, Qavin Uilyamson, Penni Mordaunt, Liam Foks və keçmiş baş nazir Conson Keir Starmeri (indiki baş nazir-Red.) ABŞ-ın dəstəyi olmadan belə, Ukraynaya Britaniyanın “Storm Shadow” raketlərindən Rusiya ərazisini vurmaq üçün icazə verməyə çağırıb.

“The Guardian” yazıb ki, ABŞ və Böyük Britaniya Ukraynaya Rusiya ərazisinə “Storm Shadow” (raketdir-red.) zərbələri endirməsinə icazə verib.

Ancaq bu barədə hələ ki, rəsmi açıqlama verilmir./musavat.com