Bakıda tələbəyə kəsici alətlə xəsarət yetirən şəxs saxlanıldı

Sentyabrın 17-də axşam saatlarında paytaxtın Xətai rayonunda 2005-ci təvəllüdlü Elmir Nəsirova kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Tofiq Əzizov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə müəyyən olunaraq saxlanılıb.

Bu barədə Stopnarkotik.az-a DİN-in Mətbuat Xidmətindən bildirilib.

Araşdırma aparılır.