Livanın cənubunda yenidən partlayışların baş verdiyi bildirilir.
Bu barədə xarici KİV-lər məlumat yayıb.
Yenidən rabitə qurğularının partladığı deyilir.
Qeyd edək ki, dünən "Hizbullah" üzvlərinin rabitə qurğularının partladılması nəticəsində minlərlə insan yaralanıb, 10-dan çox adam ölüb. "Hizbullah" buna görə İsraili ittiham edib.