İki əməliyyat zamanı 3,5 ton kokain ələ keçdi

Braziliyanın Santa Katarina bölgəsində keçirilən iki əməliyyat zamanı 3,5 ton kokain tapılıb.

Stopnarkotik.az xəbər verir ki, məlumata görə, polis əvvəlcə Naveqantes şəhərində bir evdə 1 ton 550 kiloqram, bir neçə saat sonra isə Blumenau şəhərində başqa bir yerdə 2 ton kokain tapıb.

Hadisə ilə bağlı hələ heç kim saxlanılmayıb. Narkotiklərin kimə aid olduğunu öyrənmək üçün araşdırma davam edir.

Stopnarkotik.az