1 qədəh alkoqol da beyni kiçildir - ARAŞDIRMA

36 mindən çox insanın beyin MRT görüntülərinin araşdırıldığı araşdırma göstərib ki, gündə cəmi 1 qədəh alkoqol içmək belə beynin kiçilməsi ilə əlaqəli ola bilər.

Araşdırmaya görə, insan nə qədər çox alkoqol içərsə, onun beyni də bir o qədər çox zərər görə bilər. Bildirilir ki, alkoqol beynin öyrənmək, yadda saxlamaq, diqqət göstərmək və qərar verməyə kömək edən hissəsinə mənfi təsir göstərə bilər. Bundan başqa, beynin müxtəlif hissələri arasında məlumat ötürülməsi də zəifləyə bilər.

Araşdırmanı aparan mütəxəssislər bildiriblər ki, az miqdarda alkoqol içmək belə beyin sağlamlığı üçün tam təhlükəsiz hesab olunmur. 

Stopnarkotik.az