Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.
Qeyd olunub ki, sentyabrın 10-dan etibarən TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vaksinasiya məntəqələrinin işi qaydalara uyğun olaraq və “soyuq zəncir” sisteminin tələbləri nəzərə alınmaqla təşkil olunub. Peyvənd böyüklərə və 6 aydan yuxarı olan uşaqlara təyin etmək üçün nəzərdə tutulub.
Vaksinasiya prosesində Səhiyyə Nazirliyi tərəfindən ölkəyə yeni gətirilən “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatlarından istifadə olunur. Bu peyvəndlər Ümumdünya Səhiyyə təşkilatının və Avropa Şurasının tövsiyələrinə uyğunluq təşkil edir.
Qrip əleyhinə peyvənd olunmaq istəyən vətəndaşlar regionlar üzrə TƏBİB-in tabeliyindəki rayon mərkəzi xəstəxanalarının, eləcə də Bakı şəhəri üzrə ambulator-poliklinik xidmət göstərən ilkin səhiyyə müəssisələrində ödənişsiz olaraq yararlana bilər. Peyvənd olunmaq respirator virus infeksiyalarına yoluxmaqdan qorunmaq üçün ən effektiv üsuldur.
Qeyd edək ki, qrip əleyhinə peyvənd olunmaq könüllülük prinsipi əsasında həyata keçirilir.
Bakı şəhəri üzrə mövsümi qrip peyvəndinin vurulma məntəqələri
Rayon |
Tabeli tibb müəssisəsi |
Səbail |
1 nömrəli şəhər poliklinikası |
2 nömrəli şəhər poliklinikası |
|
15 nömrəli uşaq poliklinikası |
|
33 nömrəli şəhər poliklinikası |
|
34 nömrəli şəhər poliklinikası |
|
Yasamal |
3 nömrəli şəhər poliklinikası |
5 nömrəli uşaq poliklinikası |
|
16 nömrəli şəhər poliklinikası |
|
19 nömrəli şəhər poliklinikası |
|
39 nömrəli şəhər poliklinikası |
|
Nəsimi |
1 nömrəli uşaq poliklinikası |
3 nömrəli uşaq poliklinikası |
|
5 nömrəli şəhər poliklinikası |
|
20 nömrəli şəhər poliklinikası |
|
12 nömrəli uşaq poliklinikası |
|
Binəqədi |
10 nömrəli şəhər poliklinikası |
20 nömrəli uşaq poliklinikası |
|
27 nömrəli şəhər poliklinikası |
|
35 nömrəli şəhər poliklinikası |
|
Xocasən Sağlamlıq Mərkəzi |
|
Nizami |
17 nömrəli uşaq poliklinikası |
19 nömrəli uşaq poliklinikası |
|
26 nömrəli şəhər poliklinikası |
|
44 nömrəli şəhər poliklinikası (18 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
46 nömrəli şəhər poliklinikası (32 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
Nərimanov |
|
4 nömrəli şəhər poliklinikası |
|
7 nömrəli uşaq poliklinikası |
|
8 nömrəli şəhər poliklinikası |
|
14 nömrəli uşaq poliklinikası |
|
18 nömrəli şəhər poliklinikası |
|
37 nömrəli şəhər poliklinikası |
|
Xətai |
6 nömrəli şəhər poliklinikası |
7 nömrəli şəhər poliklinikası |
|
8 nömrəli uşaq poliklinikası |
|
14 nömrəli şəhər poliklinikası (22 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
28 nömrəli şəhər poliklinikası |
|
38 nömrəli şəhər poliklinikası |
|
Zığ Sağlamlıq Mərkəzi |
|
Suraxanı |
1 nömrəli Birləşmiş Uşaq Xəstəxanası |
16 nömrəli uşaq poliklinikası |
|
23 nömrəli şəhər poliklinikası |
|
24 nömrəli şəhər poliklinikası |
|
42 nömrəli şəhər poliklinikası (13 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
43 nömrəli şəhər poliklinikası (15 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
Sabunçu |
|
2 nömrəli Birləşmiş Şəhər Xəstəxanası |
|
12 nömrəli şəhər poliklinikası |
|
21 nömrəli şəhər poliklinikası |
|
22 nömrəli şəhər poliklinikası |
|
36 nömrəli şəhər poliklinikası |
|
Nardaran Sağlamlıq Mərkəzi (8 nömrəli Şəhər Xəstəxanası) |
|
Bilgəh Sağlamlıq Mərkəzi (28 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
Kürdəxanı Sağlamlıq Mərkəzi |
|
Xəzər |
|
1 nömrəli Birləşmiş Şəhər Xəstəxanası |
|
14 nömrəli Birləşmiş Şəhər Xəstəxanası |
|
45 nömrəli şəhər poliklinikası (31 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
Zirə Sağlamlıq Mərkəzi |
|
Qaradağ |
|
3 nömrəli Birləşmiş Şəhər Xəstəxanası |
|
13 nömrəli şəhər poliklinikası |
|
32 nömrəli şəhər poliklinikası |
|
41 nömrəli şəhər poliklinikası (9 nömrəli Birləşmiş Şəhər Xəstəxanası) |
|
Pirallahı |
Pirallahı Tibb Mərkəzi |