“Ölkəmizin xarici siyasətinin məqsəd və niyyəti dünyada birqütblü sistemin hökmranlığının qırılmasına və bu istiqamətdə ŞƏT, BRİKS və digər sazişlərə əsaslanır”.
Bunu İran Konstitusiyasının Keşikçilər Şurasının üzvü Ayətullah Əlirza Ərafi deyib. O, İranın Rusiya ilə əməkdaşlığının qiymətli olduğunu vurğulayıb, lakin buna baxmayaraq, Zəngəzur mövzusunda Moskvanın mövqeyinə etiraz edib: “Biz Rusiyaya xəbərdarlıq edirik ki, dostluq münasibətlərinə baxmayaraq, üç adanın(Fars körfəzindəki adalar nəzərdə tutulur-red.) mənsubiyyəti və Zəngəzur dəhlizi məsələsi bizim qırmızı cizgimizdir”.
Ərafi eyni zamanda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana da dil uzadıb və deyib ki, Türkiyə başçısı öz ölkəsindəki İsrail səfirliyini bağlamalıdır./azpolitika.info