“Qadınları işgəncə ilə qətl edənlərə ömürlük həbs verilməlidir” – NOVELLA CƏFƏROĞLU

Son zamanlar cəmiyyətdə qadınlara qarşı zorakılıqların, amansız qətllərin artdığı müşahidə olunur. Məişət zəminində qadına qarşı zorakılığın forması ildən-ilə daha da qəddarlaşır. Hətta artıq bunu “normal hal” kimi qarşılayanlar da az deyil. Bir sözlə, cəmiyyətimizdə ölüm insanlara hava qədər yaxındır. Bunu dinindən və cinsindən asılı olmayaraq hər kəs bilir. Bəs, bunun səbələri nələrdir?

Məsələ ilə bağlı hüquq müdafiəçisi Novella Cəfəroğlu ilə də həmsöhbət oluq:

“Əvvəla siz jurnalistlərə təşəkkür edirəm ki, belə mövzuları araşdırıb ictimailəşdirirsiniz.

Ən birinci onu deyim ki, mütləq şəkildə qanunlarda dəyişiklik olmalıdır. Qadınları işgəncə ilə qətl edənlərə və şər-böhban atanlara ömürlük həbs cəzası verilməlidir. Məhkəmələr isə uşaqlara görə atanın cəzasını çəkib evinə qayıtmağı məsləhət bilirlər. Lakin əli qana batmış atanın uşaqları əlindən alınıb, sığınacağa qoyulmalıdır. Kəmalə xanımın sığınacağında uşaqların necə sağlam tərbiyə aldığını görürük. Amma münaqişəli ailədə böyüyən uşaq heç vaxt sağlam düşüncəyə sahib ola bilməz.

İkinicisi, mütləq ailə qurulanda cavanlar psixoloji test keçməlidirlər. O testə əsasən müəyyən olunmalıdır ki, bunlar nə qədər bir-biri üçün uyğundurlar. Dünyanın hər yerində qadına qarşı şiddət var, amma bizdə daha artıqdır. Son zamanlarda da daha da artıq isgəncə verib, videoya çəkib öldürürlər. Bilirsiz, bu kimi hallara cəmiyyət də susmamalıdır. Cəmiyyət də öz etirazını bildirməlidir, artıq səs-küy eşidərkən “ailə məsələsidir” deməməlidir, dərhal polisə məlumat verilməlidir.

Hazırda ailələrdə psixi gərginlik yaranıb. Buna bəzi ailələrdə iqtisadi durumun pisləşməsi səbəb olur. Qadın hər zaman uşaqları üçün tələbkar olur və yoldaşının işləməsini tələb edir. Bu zaman həmin tələb kişiyə xoş gəlməyə bilər. Əslində isə, kişi qazanıb, ailəyə baxmalıdır. Lakin bəzi ailə başçıları bunu təhqir kimi qəbul edir.

Səhvi olan insan belə, öldürülməməlidir. Onu sən yaratmayıbsan ki, canını da sən alasan?! Xoşun gəlmir, səhv hərəkəti var, boşan. Öldürüb, niyə həm onun, həm də özünün həyatını məhv edirsən?!

Ölüm hallarında cəmiyyətin biganəliyi də çoxdur. İnsanlar göz yummağa, susmağa üstünlük verirlər. Mümkün deyil ki, gecədən səhərə kişi qadınına işgəncə verə, qolunu, ayağını kəsə və bunu yaxınlıqdakı qonşular eşitməyə. Axı bu mümkünsüzdür.

Onu da qeyd edim ki, əvvəllər ailədə ağsaqqalların sözü keçirdi, problem olanda hər iki nəslin ağsaqqalları yığışıb, söhbət böyümədən həll edirdilər. İndi isə cavanlar özləri qərar verir, evlənir, yenə də özləri qərar verir, boşanırlar. Belə olmaz. Böyüklər sayılmalıdır, onların məsləhətlərinə qulaq asılmalıdır. Məsləhətlə olsa, bir problemdə yaşlı nəsil məsələni həll etsə cinayətlər bu qədər olmaz.

Əlbəttə, televiziyaların da həyatımızda rolu böyükdür. Ailə dəyərləri haqqında verilişlər hazırlanmalıdır. Bir dəfə verilişlərin birində xanım aktirisa dedi ki, yoldaşımın ayağını da yuyaram. Bu bəziləri üçün sanki təhqir oldu. Əslində isə, bu, qadının əyilməyi, alçalmağı demək deyil. Bu, qadının ürəyindən gəlirsə, deməli, yoldaşı ona çox gözəl baxır. Demək, aralarında sevgidən əvvəl hörmət var.

Mənim fikrimcə, həyat yoldaşını, anasını və yaxud da bacısını vəhşiliklə öldürən şəxslərə ömürlük cəza verilməlidir. Vəhşiliyi törədən şəxslər heç normal psixologiyaya sahib ola bilməzlər. Və mən şəxsən istəyərəm ki, ananı öldürən şəxsin övladları mütləq şəkildə sığınacaqlara verilsin.

Cəmiyyət bu məsələdə susmamalıdıq. Sizə maraqlı bir hadisəni danışım. Xaçmaz rayonunda yaşayan bir qadını əri demək olar ki, hər gün döyürmüş. Qonşular yığılır və kişiyə deyirlər ki, bir də sən yoldaşına əl vursan, səni kəndin ortasında çox pis döyəcəyik. Həmin gündən də qadının canı işgəncədən qutarır. Amma həmin qadının qonşuları sussaydı, bəlkə də bir gün bu qadın da hansısa işgəncə yolu ilə öldürüləcəkdi. Kişi rüsvayçılıqdan qorxduğu üçün çox güman ki, pis vərdişindən əl çəkmişdir.

Qadınlar incə məxluqlardır. Əlbəttə, səhv edə bilərik. Amma bu o demək deyil ki, döyülüb, işgəncə görməliyik. Böyük səhvi varsa, boşa”.

Jalə FAMİLQIZI