Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – İYULDA NƏSİMİ POLİSİ DAHA AKTİV OLUB / SİYAHI

Stopnarkotik.az-dan tam fərqli layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı 2024-cü ildə də hər ay öz fərqli layihəsi ilə görüşünüzə gəlməkdədir.

Artıq sizlərə də məlum olduğu kimi, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, onların “məhsuladarlığı” ilə bağlı müqayisəli təhlil yazısı dərc etməkdədir. Bununla, hər bir qurumun fəaliyyəti ilə əlaqədar geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” seçilənləri də tanımış olursunuz.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının hesabat dövründə gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da sizlərə təqdim etməkdəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmır, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyəti də müqayisəli şəkildə təqdim edirik.

Beləliklə, bu dəfə İYUL ayının nəticəsi ilə oxucularımızı tanış edirik.

**

İlk öncə onu qeyd edək ki, Daxili İşlər Nazirliyi (DİN) iyul ayında da narkotiklərin qanunsuz dövriyyəsi ilə əlaqədar mətbuata gündəlik rəsmi açıqlamalarını davam etdirib. DİN-in məlumatına əsasən, iyul ayında narkotik ticarəti ilə məşğul olan 669 nəfər həbs olunub. Daha ətraflı aşağıdakı linkə daxil olaraq informasiya əldə edə bilərsiniz:

 

Bundan əlavə, iyul ayında Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən 2, Baş Narkotiklərlə Mübarizə İdarəsi tərəfindən 3 və Nəqliyyatda Baş Polis İdarəsi tərəfindən isə 1 əməliyyat keçirilib ki, bu zaman xeyli miqdarda narkotik vasitə ələ keçirilməklə yanaşı, saxlanılanlar da olub:

Eyni zamanda, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin də qarşısı alınıb:

İyul ayında Dövlət Sərhəd Xidməti (DSX) də nisbətən fəallıq nümayiş etdirərək, 6 əməliyyata imza atıb. Hansı ki, bu zaman İrandan ölkəmizə külli miqdarda narkotik keçirilməsinin qarşısı alınmaqla yanaşı, saxlanılanlar da olub:

Həmçinin, Daxili İşlər Nazirliyi və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən birgə keçirilən əməliyyat nəticəsində qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən külli miqdarda narkotik maddələrin qanunsuz dövriyyəsinin qarşısı alınıb:

Ədliyyə Nazirliyinin Penitensiar Xidməti isə hesabat ayında 3 dəfə təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirilməsinin qarşısını almağı bacarıb:

Dövlət Gömrük Komitəsi (DGK) ötən aylara nisbətən aktivlik göstərərək, iyul ayında aktivinə 2 “xal” yazdıra bilib:

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyası iyul ayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı aparılan əməliyyatlar haqda ənənəvi aylıq hesabatını açıqlayıb:

**

Ölkə üzrə polis idarə və şöbələrinin fəaliyyətinə gəldikdə, görünür, hesabat ayında havaların isti keçməsi ilə əlaqədar olaraq xeyli passivlik nümayiş etdirilib. Belə ki, ölkə üzrə cəmi 33 polis idarə və şöbəsi narkotiklərin qanunsuz dövriyyəsinin və narkomaniyanın qarşısının alınması istiqamətində aparılan mübarizəyə dəstək verməyi bacarıblar. Bunların da əksəriyyəti ay ərzində cəmi 1 fakt üzrə seçilə bilib.

Beləliklə, dəyərli oxucularımızı iyul ayında daha fəal olan polis idarə və şöbələrinin fəaliyyəti ilə daha yaxından tanış edək. Öncə onu qeyd edək ki, iyulda Bakı şəhəri, Nəsimi Rayon Polis İdarəsi (RPİ) 4 uğurlu əməliyyatla “ayın lideri” seçilməyi bacarıb:

Hesabat ayının “gümüş medalçı”ları Göyçay Rayon Polis Şöbəsi, Qəbələ Rayon Polis Şöbəsi (RPŞ) və Salyan Rayon Polis Şöbəsi olub. Belə ki, sözügedən rayonların polis əməkdaşları iyulda 3 uğurlu əməliyyat keçirərək, xeyli miqdarda narkotik vasitə aşkarlamaqla yanaşı, çox sayda narkotacirin biləyinə də qandal vurmağı bacarıblar:

Binəqədi RPİ, Qaradağ RPİ, Sabunçu RPİ, Ağcabədi RPŞ, İsmayıllı RPŞ və Yevlax RPŞ də hesabat ayında digər rayonların idarə və şöbələrindən seçilməyi bacarıblar. Belə ki, onlar 2 əməliyyatla iyulda “üçüncü yerin” sahibi olublar:

Abşeron RPİ, Nizami RPİ, Ağdam RPŞ, Astara RPŞ, Balakən RPŞ, Biləsuvar RPŞ, Xızı RPŞ, Qax RPŞ, Qazax RPŞ, Lerik RPŞ, Lənkəran RPŞ, Masallı RPŞ, Naftalan RPŞ, Xəzər RPİ, Lənkəran RPŞ, Oğuz RPŞ, Sabirabad RPŞ, Səbail RPİ, Suraxanı RPŞ, Siyəzən RPŞ, Sumqayıt ŞPŞ, Şamaxı RPŞ, Şirvan RPŞ, Ucar RPŞ, Tovuz RPŞ və Yevlax RPŞ də hesabat dövründə cəmi 1 əməliyyatla narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizəyə töhfə veriblər:

 

Təkrar cinayətkarlıq

İyul ayında ümumilikdə 46 təkrar cinayətkarlıq faktı qeydə alınıb ki, bunun 18-i narkotiklə, 28-i isə digər cinayətlərlə bağlı olub.

Ötən yazımızda da qeyd etdiyimiz kimi, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlıq hallarının cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.

Bu haqda aşağıdakı linkə daxil olaraq, daha ətraflı məlumat əldə edə bilərsiniz:

 

İyul ayında ölkə üzrə narkotik vasitəninin təsiri altında avtomobil idarə edən 5 sürücü də saxlanılıb ki, bunlar da yol polisinin aktivinə yazılmalı olan hallardır:

Yeri gəlmişkən, hesabat dövründə bir fərqli nüans da qeydə alınıb. Belə ki, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində “narkomanlığın cəmiyyətə və insan sağlamlığına zərəri” mövzusunda görüş təşkil edərək, ümumi mübarizəyə töhfə verməyə çalışıb:

Beləliklə, 2024-cü il iyul ayının yekun mənzərəsinə əsasən qeyd edə bilərik ki, ölkəmizdə narkomanlığa və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində görüləcək hələ çox işlər var. İnanırıq ki, cari ildə bu bəladan xilas olmaq üçün hər bir vətəndaşımız əlindən gələni əsirgəməyəcək, 44 günlük İkinci Qarabağ Müharibəsində olduğu kimi, yenə də ölkəmizi, gəncliyimizi “narkotik savaşı” ilə məhv etməyə çalışan xarici qüvvələrə qarşı həmrəylik nümayiş etdirəcəyik.

Stopnarkotik.az saytı olaraq hər bir vətəndaşımıza sağlam həyat, sağlam gələcək arzu edirik.

Stopnarkotik.az

P.S. Dəyərli oxucularımızın diqqətinə onu da çatdıraq ki, 2023-cü ilin may, iyun, iyul, avqust, sentyabr, oktyabr, noyabr və dekabr ayları, eləcə də 2024-cü ilin yanvar, fevral, mart, aprel, may, iyun aylarında narkotik ticarətinə qarşı mübarizənin nəticəsi ilə tanış olmaq üçün aşağıdakı linklərə daxil ola bilərsiniz:

https://stopnarkotik.az/az/narkotik-ticartin-v-narkomaniyaya-qarsi-mubariznin-liderlri-may-ayinda-bu-rayonlar-daha-aktiv-olub

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyunda-abseron-polis-idarsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/narkotik-ticartin-qarsi-mubariznin-liderlri-iyulda-sabirabad-polis-sobsinin-mkdaslari-daha-aktiv

https://stopnarkotik.az/az/ay-rzind-723-narkotacir-hbs-edilib-binqdi-v-smkir-polislri-bu-df-daha-aktiv-olublar-siyahi.html

Narkotik ticarətinə qarşı mübarizənin “liderləri”! – BU DƏFƏ HACIQABUL POLİSİ DAHA AKTİV OLUB... / SİYAHI | Stop narkotik

Ay ərzində 723 narkotacir həbs edilib – BİNƏQƏDİ VƏ ŞƏMKİR POLİSLƏRİ BU DƏFƏ DAHA AKTİV OLUBLAR / SİYAHI | Stop narkotik