Ucar Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən köşklərin birindən ümumi dəyəri 750 manat olan 75 ədəd lotereya bileti oğurlamaqda şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş Əli Salmanov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, onun yaşadığı ünvana keçirilən baxış zamanı isə narkotik vasitə olan marixuana da aşkarlanaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.
*** 17:02
Ucarda lotereya oğrusu tutulub.
Stopnarkotik.az xəbər verir ki, hadisə Ucar şəhərinin ərazisində yerləşən ticarət mərkəzində qeydə alınıb.
Oradakı köşkdən 750 manat dəyərində 75 ədəd lotereya oğurlanıb.
Hadisəni törətmiş, əvvəllər məhkum olunmuş, 1991-ci il təvəllüdlü Əli Salmanov polis əməkdaşları tərəfindən tutulub.
Onun yaşadığı evə baxış zamanı marixuana da aşkarlanaraq götürülüb.
Ə.Salmanov cekpot udmaq üçün lotereya oğurladığını deyib.