Bakıda soyğunçuluq edən keçmiş məhkum saxlanıldı - ÜZƏRİNDƏ NARKOTİK AŞKARLANDI

Nizami rayonu ərazisində soyğunçuluq hadisəsi baş verib. Polisə müraciət edən 75 yaşlı qadın yaşadığı evin dəhlizində naməlum şəxsin ona zor tətbiq edərək qızıl boyunbağısını talamasını bildirib.

Stopnarkotik.az xəbər verir ki, Nizami RPİ 24-cü Polis Şöbəsi  əməkdaşlarının keçirdikləri tədbirlərlə soyğunçuluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 41 yaşlı Adil Behbudov müəyyən olunaraq saxlanılıb. 

Ondan  marixuana aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az