Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq olub.
Stopnarkotik.az xəbər verir ki, polisə müraciət edən şəxs oradan pos-terminal aparatı və 3000 manat dəyərində mobil telefonun oğurlandığını bildirib.
Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.
Fakta bağlıl araşdırmalar aparılır.