Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan Əyyar Ələkbərov saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onun həyətyanı sahəsindən kultivasiya yolu ilə yetişdirilən çəkisi 20 kiloqram olan 12 ədəd çətənə kolu aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.