İrandan ölkəmizdə külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTO

İyul ayının 10-da saat 03:50-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 36 kiloqram 790 qram narkotik vasitə ( marixuana 34 kq 690 qram; tiryək 2 kq 100 qram) və 1200 ədəd Metadon M - 40 həbinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

Bu barədə Stopnarkotik.az-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilir.

Bildirilir ki, fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

**

Stopnarkotik.az