Mağaza və ofisdən oğurluq edən keçmiş məhkumlar saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən mağazaların birindən oğurluq olub. Polisə müraciət edən şəxs oradan pos-terminal aparatı və 3 min manat dəyərində mobil telefonun oğurlandığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsi 22-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlində şübhəli bilinən, əvvəllər məhkum olunmuş Ə.Salmanov müəyyən olunaraq saxlanılıb.

Sabunçu Rayon Polis İdarəsi 14-cü polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində Maştağa qəsəbəsində mağazaların birindən 400 manat dəyərində oğurluq etməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş İ.Rəcəbov saxlanılıb.

Yasamal rayonunda ofislərin birindən mobil telefon oğurlamaqda şübhəli bilinən qadın, bir nəfərin isə mobil telefonunu quldurluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş E.İsmayılov 26-cı polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıblar.

Faktlarla bağlı araşdırmalar aparılır.