Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qamunsuz dövriyyəsi ilə məşğul olan, əvvəllər də analoji əmələ görə məhkum olunmuş İlqar Nəsirov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Stopnarkotik.az-a verilən məlumata görə, onun yaşadığı ünvana baxış keçirilərkən kultivasiya edilərək yetişdirilən 20 ədəd çətənə kolu və 1 kiloqram marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qulluq göstərərək yetişdirdiyini bildirib.
Məhkəmənin qərarı ilə İ.Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.