ƏVVƏL DƏLƏDUZLUĞA GÖRƏ HƏBS OLUNMUŞDU, İNDİ İSƏ... - Paytaxtda keçmiş məhbus saxlanıldı

Nəsimi rayonu ərazisində yerləşən kursların birinin hesabındakı vəsaitin ələ keçirilməsi barədə Nəsimi RPİ-nin 20-ci Polis Şöbəsinə məlumat daxil olub.
 
Stopnarkotik.az xəbər verir ki, araşdırmalarla hesabdan 5000 manat pulun ələ keçirilməsi müəyyən olunub. 

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən, həmin kursda işləyən, əvvəllər də dələduzluğa görə məhkum olunmuş S.Əlizadə saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.