Keçmiş məhkum oğurluqla əlaqədar saxlanıldı, üzərində narkotik aşkarlandı

Sahil qəsəbəsi ərazisində şirkətlərdən birinin həyətindən oğurluğa cəhd edən şəxs Qaradağ RPİ 38-ci Polis Bölməsinin əməkdaşları tərəfindən saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, onun əvvəllər də oğurluğa görə məhkum olunmuş F.Quliyev olması müəyyən edilib.  

Saxlanılan şəxsdən 66 qrama yaxın tiryək aşkar olunaraq götürülüb. 

Faktla bağlı araşdırma aparılır.

Stopnarkotik.az