Narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizənin “liderləri”! – MAY AYINDA BU RAYONLAR DAHA AKTİV OLUB... / SİYAHI

Stopnarkotik.az-dan yeni və tam fərqli layihə!

Dəyərli oxucular!

Stopnarkotik.az saytı hər ayın ilk iş günü yeni və tam fərqli layihə ilə görüşünüzə gələcək.

Belə ki, saytımızın əməkdaşları ay ərzində Azərbaycanda narkotik ticarətinə və narkomaniyaya qarşı mübarizə aparan rəsmi qurumların fəaliyyətini yaxından izləyərək, hər ayın yekununda müqayisəli təhlil yazısı dərc edəcək. Bununla, hər bir qurumun fəaliyyəti ilə bağlı geniş bilgilər əldə etməklə yanaşı, ayın “lideri” olanları da tanımış olacaqsınız.

Əlavə olaraq, hər ayın yekununda bütün dövlət qurumlarının ay ərzində gördüyü işlərlə bağlı mətbuatda dərc olunan yazıların statistikasını da yazılı və yaxud cədvəl şəklində sizlərə təqdim edəcəyik.

Qeyd: Layihə çərçivəsində təkcə qurumlararası rəqabət mühiti yaratmağa çalışmayacağıq, o cümlədən, tutaq ki, polis idarələri və rayon polis şöbələrinin narkotik alverinə, narkomaniyaya qarşı apardığı fəaliyyət də müqayisəli şəkildə təhlil olunacaq.

Beləliklə, ilk olaraq 2023-cü ilin may ayının təhlili ilə oxucularımızı tanış edirik.

Məlumat üçün bildirək ki, mayda narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə, təbii olaraq, Daxili İşlər Nazirliyi (DİN) ən çox aktivlik göstərən qurum olub. Hansı ki, bu ay ərzində DİN tərəfindən 13 xüsusi əməliyyat keçirilib və nəticədə yüzlərlə narkotik alverçisi yaxalanıb:

 

SON 24 SAAT ƏRZİNDƏ NARKOTİKLƏ ƏLAQƏLİ 60 NƏFƏR SAXLANILIB – Rəsmi | Stop narkotik

NARKOTİKLƏ ƏLAQƏDAR BİR GÜNDƏ 25 NƏFƏR SAXLANILIB – Rəsmi açıqlama | Stop narkotik

Müsadirə olunan narkotik vasitələr məhv edildi | Stop narkotik

NARKOTİK, QADINLARA ƏXLAQSIZ TƏKLİFLƏR... - Bakıda 69 taksi sürücüsü saxlanıldı - VİDEO | Stop narkotik

İrandan qayıqlarla narkotik gətirən dəstə üzvləri ələ keçdi - XÜSUSİ ƏMƏLİYYAT / FOTO, VİDEO | Stop narkotik

Cənubi Amerikadan Azərbaycana kokain gətirən dəstə üzvləri saxlanıldı / VİDEO, YENİLƏNDİ | Stop narkotik

İrandan Azərbaycana külli miqdarda narkotik keçirmək istədilər... - 5 NƏFƏR SAXLANILDI | Stop narkotik

Azərbaycanda 108 milyonluq narkotik ələ keçdi - SON 3 AYIN STATİSTİKASI | Stop narkotik

NARKOŞƏBƏKƏYƏ BÖYÜK ZƏRBƏ: dəyəri 15 milyon manat olan yarım tona yaxın narkotik dövriyyədən çıxarıldı - FOTO/VİDEO | Stop narkotik

Polis ötən gün 10 kilodan çox narkotik aşkarladı | Stop narkotik

Azərbaycan polisindən böyük əməliyyat: 73 nəfər tutuldu - VİDEO | Stop narkotik

İrandan Azərbaycana gətirilən 112 kiloqram narkotik vasitə ələ keçdi - 2 NƏFƏR SAXLANILDI | Stop narkotik

Azərbaycanda son 2 gün ərzində narkotiklə bağlı 23 nəfər saxlanılıb! - RƏSMİ | Stop narkotik

Narkotik ticarətinə qarşı mübarizədə DİN-dən sonra ən çox aktivlik göstərən qurum Dövlət Sərhəd Xidməti (DSX) olub. Hansı ki, DSX may ayı ərzində 6 fakt üzrə İrandan Azərbaycana narkotik daxil olmasının qarşısını alıb. Bu zaman isə 10 nəfərə yaxın qaçaqmalçı saxlanılmaqla yanaşı, 100 kiloqramdan artıq müxtəlif növ narkotik maddə ələ keçirilib.

İran-Azərbaycan sərhədində əməliyyat: 4 NƏFƏR SAXLANILDI - FOTOLAR | Stop narkotik

İrandan Azərbaycana narkotik keçirmək istədilər - FOTO | Stop narkotik

İrandan Azərbaycana 10 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı - FOTO | Stop narkotik

İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı - FOTOLAR | Stop narkotik

İrandan Azərbaycana 21 kq-dan çox narkotik keçirməyə cəhd etdilər - FOTO | Stop narkotik

İrandan ölkəmizə gətirilən 87 kq narkotikin qarşısı alındı - VİDEO | Stop narkotik

DİN və DSX-dan sonra narkotik məsələsində aktivlik göstərən növbəti qurum Ədliyyə Nazirliyinin Penitensiar Xidməti olub ki, bu qurum ümumilikdə 6 nəfərin təcridxanaya (ərinə, qohumuna, tanışına və s.) narkotik keçirməsinin qarşısını alıb.

Həbsdəki qohumuna narkotik gətirən qadın saxlanıldı | Stop narkotik

Həbsdə olan tanışına narkotik keçirmək istədi | Stop narkotik

Qadın həbsdəki ərinə narkotik keçirmək istədi | Stop narkotik

Həbsdəki qardaşına narkotik ötürmək istədi | Stop narkotik

Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı | Stop narkotik

Həbsdə olan tanışına ayaqqabıda narkotik keçirmək istədi, saxlanıldı | Stop narkotik

Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) və Dövlət Gömrük Komitəsinin (DGK) adları da may ayı ərzində mətbuatda 2 fakt üzrə çəkilib. Belə ki, BDYPİ narkotikin təsiri altında avtomobil idarə edən 2 sürücünü saxlayıb, DGK isə İrandan Azərbaycana külli miqdarda narkotik vasitə keçirilməsinin qarşısını almaqla yanaşı, 233 milyon manatlıq narkotik maddənin məhvi prosesində fəal iştirak edib.

Narkotikin təsiri altında avtomobil sürən şəxs saxlanıldı - VİDEO | Stop narkotik

POLİS “KİA”NI SAXLADI: avtomobildə narkotik və beşbarmaq aşkarlandı | Stop narkotik

Azərbaycanda 233 milyon manatlıq narkotik məhv edildi - FOTOLAR | Stop narkotik

İrandan ölkəmizə yarım ton heroin keçirilməsinin qarşısı alındı - FOTOLAR | Stop narkotik

May ayı ərzində DİN-in keçirdiyi məlum əməliyyatlardan əlavə, bir sıra rayonun polis idarələri də narkotiklərin qanunsuz dövriyyəsinə və narkomaniyaya qarşı mübarizədə aktivlik nümayiş etdirib. Bunlar arasında “lider” Şəmkir rayon Polis Şöbəsi olub. Belə ki, may ayı ərzində Şəmkir polisi ayrı-ayrılıqda 6 əməliyyat keçirib ki, bunların hər birində xeyli miqdarda narkotik maddə ələ keçirilməklə yanaşı, 10 nəfərdən çox şəxs də saxlanılıb.

Şəmkirdə narkotik əməliyyatı: saxlanılanlar var - FOTOLAR | Stop narkotik

Şəmkir sakinlərində avtomat və narkotik aşkarlandı | Stop narkotik

Şəmkir sakinindən narkotik və avtomat götürüldü | Stop narkotik

Narkokuryerlik edən qadın saxlanıldı - VİDEO | Stop narkotik

Şəmkirdə narkotik və “Kalaşnikov” satan şəxslər saxlanıldı | Stop narkotik

Şəmkirdə narkotik satan və alan şəxslər ələ keçdi - FOTOLAR | Stop narkotik

Narkotik alverçilərinə qarşı mübarizədə Şəmkir RPŞ-dən sonra ən çox aktivlik göstərən Abşeron RPİ olub. Hansı ki, bu idarənin əməkdaşları mayda 4 dəfə əməliyyat keçirməklə, külli miqdarda narkotik vasitə ələ keçirib, 4 nəfəri isə saxlayıblar.

ABŞERON SAKİNİ 50 KİLOQRAM NARKOTİKLƏ YAXALANDI - Əməliyyatın şok görüntüləri... / VİDEO | Stop narkotik

Bakı sakini saxlanıldı, avtomobilindən 1,5 kq narkotik çıxdı | Stop narkotik

Narkotik çəkib avtomobil sürən şəxs saxlanıldı | Stop narkotik

Polis idarəsinə gətirildi, üzərindən narkotik çıxdı | Stop narkotik

Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən aprel-may ayları ərzində (15 may tarixinədək – red.) Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı baş tutan əməliyyatlar zamanı isə ümumilikdə 91 nəfər saxlanılıb. Bunların neçə nəfərinin may ayında saxlanıldığı barədə dəqiq statistik məlumat açıqlanmasa da, Sabunçu RPİ əməkdaşlarının da hesabat ayı ərzində narkotik ticarətinə qarşı mübarizədə aktiv olduqlarını deyə bilərik.

Narkotikə görə tutulan şəxs 8 il azadlıqdan məhrum edildi | Stop narkotik

SABUNÇUDA NARKOTİK ƏMƏLİYYATI: onlarla şəxs saxlanıldı - Foto/Video | Stop narkotik

Bakıda sürücüdən heroin götürüldü | Stop narkotik

Eynilə, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da may ayında narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizədə fəal olublar. Belə ki, onlar ay ərzində 3 uğurlu əməliyyat keçiriblər və bu zaman ümumilikdə 6 nəfər şəxs saxlanılıb.

BAKIDA GENİŞMİQYASLI ƏMƏLİYYAT: iranlı narkotacirin şəbəkəsinin üzvləri yaxalandı - FOTO/VİDEO | Stop narkotik

Polis bölməsinə gətirildi, üzərindən narkotik çıxdı | Stop narkotik

Bakıda sürücü “Prius”u polislərin üzərinə sürdü - VİDEO | Stop narkotik

Suraxanı RPİ əməkdaşları da may ayını “məhsuldar” keçiriblər. Belə ki, onlar bu ay ərzində 3 əməliyyat faktı üzrə 10 nəfər narkokuryeri saxlamaqla yanaşı, onlardan külli miqdarda narkotik vasitə də ələ keçirblər.

Qaydaları pozan “Prius” sürücüsü saxlanıldı, maşında külli miqdarda narkotik aşkarlandı - FOTOLAR | Stop narkotik

Dəmir yol stansiyasında narkotik satanlar saxlanıldı | Stop narkotik

Suraxanıda narkotik əməliyyatı: 60 NƏFƏR SAXLANILDI | Stop narkotik

Neftçala RPŞ də may ayında 4 fakt üzrə medianın diqqətini cəlb edib ki, bunlardan 3-ü narkotik tərkibli bitkilər becərən şəxslərin yaxalanması, 1-i isə maarifləndirici tədbir olub.

Neftçala sakininin həyətindən 1090 ədəd çətənə kolu, evindən isə 8 kiloqrama yaxın marixuana aşkarlandı – FOTO | Stop narkotik

Həyətində çətənə kolları yetişdirən Neftçala sakini saxlanıldı - FOTO | Stop narkotik

Kür çayının sahilində narkotik yetişdirən şəxs “iş başında” tutuldu - FOTOLAR | Stop narkotik

“AĞ ÖLÜM BƏŞƏRİYYƏTİN BƏLASIDIR" - Neftçalada tədbir keçirildi / FOTOLAR | Stop narkotik

May ayında Qazax rayonunda da narkotik satıcılarına qarşı ayrı-ayrılıqda 3 əməliyyat keçirilib ki, bu zaman 3 nəfər saxlanılıb və onların hər birinin üzərində narkotik vasitə aşkarlanıb.

Qazaxda narkotik satmaqda şübhəli bilinən şəxs saxlanılıb - FOTO | Stop narkotik

Qazaxda narkotacir saxlanıldı - FOTOLAR | Stop narkotik

Qazaxda narkotik satan şəxs saxlanıldı - FOTOLAR | Stop narkotik

Samux RPŞ əməkdaşları da may ayında boş oturmayıblar. Belə ki, onların keçirdikləri 3 əməliyyat nəticəsində 4 narkokuryer saxlanılıb və hər birinin üzərindən külli miqdarda narkotik vasitə aşkarlanıb.

Samuxda narkotik yetişdirən şəxs saxlanıldı - FOTOLAR | Stop narkotik

Samuxda fermada çətənə yetişdirən şəxs tutuldu - FOTO | Stop narkotik

Polis Samuxda əməliyyat keçirdi: NARKOKURYERLƏR SAXLANILDI - FOTOLAR | Stop narkotik

Bundan əlavə, Şirvan RPŞ, Balakən RPŞ, Binəqədi RPİ, Bərdə RPŞ, Cəlilabad RPŞ, Göyçay RPŞ, Qusar RPŞ ay ərzində 2 əməliyyat keçirməklə, narkotik vasitələrin qanunsuz dövriyyəsi və narkomaniyanın qarşısının alınması istiqamətində digər rayonlara nisbətən daha fəal olublar(Qalan rayonlar üzrə statistik göstərici isə aşağıdakı cədvəldə göstərilir).

İran vətəndaşına narkokuryerlik edən qadın tutuldu - FOTO | Stop narkotik

Narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlər... - ŞİRVANDA TƏDBİR KEÇİRİLDİ / FOTOLAR | Stop narkotik

Şirvanda narkotik bitkilər becərən şəxslər saxlanıldı | Stop narkotik

***

“Ağ ölüm”ün fəsadları haqda məktəblilərə məlumat verildi - FOTO | Stop narkotik

Narkotikin təsiri altında polisə müqavimət göstərən şəxs HƏBS EDİLDİ | Stop narkotik

Balakəndə narkotik vasitələrin zərərləri ilə bağlı tədbir keçirilib - FOTOLAR | Stop narkotik

***

Bakıda əməliyyat: narkokuryerlər ələ keçdi - VİDEO | Stop narkotik

BİNƏQƏDİDƏ NARKOTİK ƏMƏLİYYATI: 17 nəfər tutuldu / Video | Stop narkotik

*** 

Bərdədə narkotik alverçiləri saxlanıldı - 4 NƏFƏRDƏN İKİSİ QARDAŞDIR... | Stop narkotik

POLİS BU RAYONDA ƏMƏLİYYAT KEÇİRDİ: narkotik alveri ilə məşğul olan silahlı dəstə tutuldu | Stop narkotik

*** 

Cəlilabad sakini 7 kiloqram narkotiklə tutuldu - FOTO | Stop narkotik

Cəlilabadda narkokuryerlər həbs edildi - FOTOLAR | Stop narkotik

***

“Narkomaniyaya yox deyək!” - Göyçayda növbəti toplantı keçirlib / FOTOLAR | Stop narkotik

Göyçayda narkotik alverçiləri ələ keçdi - FOTO | Stop narkotik

***

Qusarda “Narkomaniyaya yox deyək” adlı növbəti tədbir keçirilib - FOTO | Stop narkotik

Qusarda narkomaniya əleyhinə tədbir keçirilib - FOTOLAR | Stop narkotik

Onu da qeyd edək ki, bəzi rayonlarda may ayı ərzində ümumiyyətlə bu sahədə hər hansı fəaliyyət müşahidə olunmayıb.

Sonda oxucuların diqqətinə onu da çatdıraq ki, hesabat ayı ərzində Respublika Prokurorluğunun təşəbbüsü ilə narkotik ticarəti ilə əlaqədar beynəlxalq axtarışda olan 1 nəfər vətəndaşımız Gürcüstandan ekstradisiya olunub. Bundan əlavə, narkotik ittihamı ilə həbs olunan 3 nəfər barəsində bəraət hökmü çıxarılıb və eyni ittiham üzrə saxlanılan şəxs Şirvan ŞPŞ-də vəfat edib.

Azərbaycanlı narkotik qaçaqmalçısı Gürcüstanda ələ keçdi... - MEHMAN QASIMOV ÖLKƏMİZƏ EKSTRADİSİYA OLUNUB | Stop narkotik

***

Narkotik ittihamı ilə həbs edilən şəxs azadlıqda! - QILMAN DADAŞOV HƏM DƏ OĞURLUQDA ŞÜBHƏLİ BİLİNİRDİ... | Stop narkotik

Narkotik alverinə görə həbs olunan 4 nəfər bəraət aldı - YENİLƏNİB | Stop narkotik

Müsəlman Birliyi Hərəkatının daha bir üzvü narkotik ittihamı ilə həbs edildi | Stop narkotik

*** 

Narkotikə görə saxlanılan şəxs öldü - DİN-dən AÇIQLAMA | Stop narkotik

 

1. Abşeron RPİ

4

2. Ağcabədi PŞ       

1

3. Ağdaş RPŞ

1

4. Ağsu RPŞ

1

5. Astara

1

6. Balakən

3

7. Bərdə

2

8. Beyləqan

1

9. Biləsuvar

2

10. Binəqədi Pİ

2

11. Cəbrayıl PŞ

1

12. Cəlilabad

2

13. Daşkəsən

1

14. Füzuli RPŞ

1

15. Gəncə BPİ

1

16. Goranboy

1

17. Göyçay

2

18. Hacıqabul

1

19. Xətai RPİ

1

20. Xəzər

1

21. İmişli

1

22. İsmayıllı

1

23. Qax

1

24. Qazax

3

25. Qəbələ

1

26. Qobustan

1

27. Quba

1

28. Qusar

2

29. Lənkəran

1

30. Lerik

1

31. Mingəçevir

1

32. Neftçala

4

33. Nərimanov

1

34. Nəsimi

3

35. Oğuz

1

36. Saatlı

1

37. Sabunçu

3

38. Samux

3

39. Səbail

1

40. Şabran

1

41. Şamaxı

1

42. Şəmkir

6

43. Şərur

1

44. Şirvan

3

45. Siyəzən

1

46. Suraxanı

3

47. Ucar

1

48. Yardımlı

1

49. Yevlax

1

50. Zəngilan

2

Qeyd: Cədvəldə may ayı ərzində hansı rayonlarda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı neçə əməliyyat keçirildiyi əks olunur.

Stopnarkotik.az