Türkiyənin Şırnak vilayətinin Silopi rayonunda polis qrupları çamadanda tapılan 19 paltara hopdurulmuş 7 kiloqram 115 qram metamfetamin ələ keçirib.
Stopnarkotik.az xəbər verir ki, Şırnak Vilayət Polis İdarəsinin Narkotik Cinayətləri ilə Mübarizə Şöbəsi qrupları Silopi rayonunda əməliyyat keçirib. Əməliyyat zamanı S.K.M. adlı şübhəlinin çamadanında tapılan 19 paltar parçasına hopdurulmuş ümumilikdə 7 kiloqram 115 qram metamfetamin ələ keçirilib. Hadisə ilə əlaqədar bir şübhəli nəzarətə alınıb.
Stopnarkotik.az
