NARKOTİKLƏ ƏLAQƏDAR BİR GÜNDƏ 25 NƏFƏR SAXLANILIB – Rəsmi açıqlama

“Mayın 26-da ölkə ərazisində qeydə alınan 54, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub”.

Bu barədə DİN-in mətbuat xidmətindən Stopnarkotik.az-a verilən məlumatda deyilir.

Əlavə olunur ki, axtarışda olduğuna görə ümumilikdə 122, o cümlədən borclu şəxs qismində axtarışda olan 87 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

- Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.   

- Narkotiklərlə əlaqəli 25, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

- Cinayət törətməkdə şübhəli bilinən 47 nəfər saxlanılıb.

Stopnarkotik.az