Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən mənzillərin birindən oğurluq edilib.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən Stopnarkotik.az-a verilən xəbərə görə, naməlum şəxs evə daxil olaraq 3250 manat nağd pul və 6000 manat dəyərində qızıl-zinət əşyalarını talayıb.
Sabunçu RPİ 14-cü Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlə bu cinayət əməlini törətməkdə şübhəli bilinən 59 yaşlı Ş.Abdinov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.