Ağcabədidə iki nəfər bıçaqlanaraq öldürüldü - 22 YAŞLI GƏNC SAXLANILDI / YENİLƏNİB

Ağcabədi rayonunun Yuxarı Qiyaməddinli kənd sakinləri 1996-cı il təvəllüdlü Şaiq Mamedov və 1989-cu il təvəllüdlü Həsən Mamedovun öldürülmələri bağlı cinayət işi başlanılıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

Belə ki, ilkin araşdırmalarla 2004-cü il təvəllüdlü Əliniyaz Əliyevin şəxsi münasibətlər zəminində bıçaqla xəsarətlər yetirərək Şaiq və Mamedovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin iki və ya daha çox şəxsi öldürmə maddəsi ilə cinayət işi başlanıb.

Əliniyaz Əliyev iş üzrə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.

Hazırda ibtidai istintaq davam etdirilir.

***11:34

Ağcabədi rayonunda iki nəfərin qətlə yetirilməsi ilə nəticələnən hadisə baş verib.

Stopnarkotik.az xəbər verir ki, hadisə rayonun Yuxarı Qiyaməddinli kəndində qeydə alınıb.

Belə ki, zərərçəkənlər Arazbar kənd sakini tərəfindən bıçaqlanıb. Nəticədə 1996-cı il təvəllüdlü Məmmədov Şaiq Telman oğlu və 1989-cu il təvəllüdlü Məmmədov Həsən Teymurxan oğlu aldıqları bıçaq xəsarətlərindən hadisə yerində həyatlarını itiriblər.

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 22 yaşlı Əliniyaz Əliyev saxlanılıb.

Hadisənin hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.