Gəncədə 70 yaşlı kişi bıçaqlanaraq öldürüldü

Gəncədə bıçaq xəsarəti alan kişi ölüb. 

Stopnarkotik.az lent.az-a istinadən xəbər verir ki, şəhər sakini, 1956-cı il təvəllüdlü Gəray Həmid oğlu Məmmədov sinə nahiyəsindən almış olduğu bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. 

Həkimlərin müdaxiləsinə baxmayaraq G.Məmmədov orada dünyasını dəyişib. 

Faktla bağlı araşdırma aparılır.