Yevlaxda 49 yaşlı kişini bıçaqlamaqda şübhəli bilinən gənc saxlanılıb.
Bu barədə DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib.
Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində əməli törətməkdə şübhəli bilinən 19 yaşlı T.Yusifli saxlanılıb.
Qeyd edək ki, hadisə dünən axşam saatlarında Yevlax rayonunun Nərimankənd kəndində qeydə alınıb. Kənd sakini, 1977-ci il təvəllüdlü Seymur Musa oğlu Alızadə qonşusu, 19 yaşlı T.Yusifli tərəfindən bıçaqlanıb.
Hazırda yaralının vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma davam etdirilir.