Təcridxanaya narkotik keçirilməsinin qarşısı alındı

Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik maddənin keçirilməsi cəhdinin qarşısı alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Pentensiar Xidmətdən xəbər verilib.

Cinayət Məcəlləsinin 234.3.1-ci maddəsi ilə təqsirli bilinərək həbs edilmiş Elcan Vəfadar oğlu Hüseynov Bakı İstintaq təcridxanasına qəbul edilərkən onun üzərinə baxış keçirilən zaman əynindəki cins şalvarın astarında gizlətdiyi 1 ədəd kağız bükülüdə ümumi çəkisi 0,236 qram olan psixotrop maddə - metamfetamin aşkar olunub.