Şəmkir sakinindən narkotik və odlu silah aşkarlanıb.
Stopnarkotik.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, Şəmkir rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Düyərli kənd sakini C.Aslanov saxlanılıb.
C. Aslanovdan marixuana, kənd ərazisində gizlətdiyi nömrəsi silinmiş “AK-74” markalı avtomat silah, 2 ədəd patron darağı və 10 ədəd patron aşkar olunaraq götürülüb.