Neftçala Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə rayonun Bankə qəsəbəsi və Kürkənd kəndində yerləşən tam orta məktəblərdə “Ağ ölüm bəşəriyyətin bəlasıdır” və “Erkən nikaha qətiyyətlə yox deyək” mövzularında maarifləndirici tədbirlər keçirilib.
Stopnarkotik.az xəbər verir ki, görüşlərdə çıxış edən rəis müavini, polis polkovnik-leytenantı Cəbrayıl Əhmədov, eləcə də digər iştirakçılar narkotiklərin qanunsuz dövriyyəsinin cəmiyyətə və insanların sağlamlığına vurduğu zərərlərdən danışıblar. Bildirilib ki, bu maddələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində hüquq-mühafizə orqanları tərəfindən qabaqlayıcı tədbirlər görülüb, cinayət əməli ilə məşğul olan hər bir şəxs saxlanılaraq məsuliyyətə cəlb olunur.
"Erkən nikaha qətiyyətlə yox deyək" mövzusunda da çıxışlar edən iştirakçılar məktəblilərə dəyərli tövsiyələr veriblər.
Hər iki tədbirin sonunda şagirdləri maraqlandıran suallar cavablandırılıb.