DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin xüsusi əməliyyatı ilə İrandan Azərbaycana 112 kiloqram qanunsuz narkotik vasitə gətirilməsinin qarşısı alınıb və 2 nəfər saxlanıllb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə DİN-in mayın 2-də yaydığı məlumatda deyilir.
Bakının Qaradağ rayonu ərazisində keçirilən əməliyyat zamanı paytaxt sakinləri Rövşən Zamanov və Röyal Baloğlanov saxlanılıblar.
Onların avtomobilinə və yaşadıqları evlərə baxış zamanı hər iki şəxsə məxsus 112 kiloqram, o cümlədən 30 kiloqram heroin, tərkibi psixotrop maddələrlə zənginləşdirilərək yüksək təsiredici xassəyə malik olan 52 kiloqram qurudulmuş marixuana, 30 kiloqram metamfetamin aşkar edilərək götürülüb.
Hər iki şəxs narkotik vasitələri İran vətəndaşı “Hadı” adı şəxsin vasitəsilə əldə etdiklərini deyiblər. Məqsəd narkotik vasitələri Bakıda müxətlif ünvanlara çatdıraraq pul qazanmaq olduğu müəyyən edilib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlandığı, hər 2 şəxs barəsində həbs qətimkan tədbiri seçildiyi, əməliyyat tədbirlərinin isə davam etdiyi bildirilir.