Şəmkir Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində kultivasiya yolu ilə çətənə kolları yetişdirməkdə şübhəli bilinən şəxslər saxlanılıb.
DİN-dən Stopnarkotik.az-a verilən xəbərə görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli bilinən Xəyyam Eyvazov saxlanılıb. Üzərindən marixuana aşkar edilən X. Eyvazovun ətrafında keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə - Kannabis bitkiləri aşkarlanaraq götürülüb.
Keçirilən digər bir tədbir nəticəsində üzərindən marixuana aşkarlanan İlqar Məmmədov ifadəsində yaşadığı evdə çətənə kolları əkdiyini etiraf edib. Polis əməkdaşları tərəfindən həmin əraziyə baxış keçirib və oradan xüsusi aqrotexniki qaydada qulluq etməklə əkdiyi narkotik xassəli çətənə bitkiləri aşkarlanaraq götürülüb.
Kür Polis Bölməsinin əməkdaşları isə daxil olmuş məlumat əsasında rayonun Düzqışlaq kənd sakini Mübariz Musayevin həyətyanı sahəsindən narkotik xassəli çətənə bitkiləri aşkarlayıb.
Bundan başqa, bölmə əməkdaşları Qaracaəmirli kəndi ərazsində yabanı halda bitmiş çətənə kollarını aşkarlayaq yandırma yolu ilə məhv edib.
Götürlümüş maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub. Faktlarla bağlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.