“Ağ ölüm”ün fəsadları haqda məktəblilərə məlumat verildi - FOTO

Balakəndə “Narkomaniyaya yox deyək” mövzusunda tədbir keçirilib.

Tədbirdə müasir dövrün qorxulu bəlalarından olan “ağ ölüm” və onun fəsadları, səbəb olduğu faciələr barədə məktəblilərə ətraflı məlumat verilib. Yeniyetmə və gənclərin zərərli vərdişlərdən qorunması, gənc nəslin savadlı, vətənpərvər ruhda böyüməsi istiqamətində ölkədə həyata keçirilən islahatlardan danışılıb.

Sonda polis əməkdaşları mövzu ətrafında şagirdləri maraqlandıran sualları cavablandırıblar.    

*