Ölkəmizin təhsil müəssisələrində polis əməkdaşlarının iştirakı ilə “Narkomaniyaya yox deyək!” mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi davam etdirilir.
Stopnarkotik.az DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinə istinadən xəbər verir ki, növbəti tədbir Göyçay Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Ulaşlı-Şıxlı kənd orta məktəbində keçirilib.
Məktəblilərlə görüşdə çıxış edən RPŞ-nin rəisi, polis polkovniki Müqalib Abdıyev yeniyetmə və gəncləri bu bəladan qorumaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq üçün hamının birgə mübarizə aparmalı olduğunu bildirib.
Stopnarkotik.az