Ədliyyə Nazirliyinin Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı istintaq təcridxanasına narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Stopnarkotik.az xəbər verir ki, bu barədə Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, Cinayət Məcəlləsinin 177.2.1; 177.2.3; 177.2.4 və 232.1-ci maddələri ilə təqsirli bilinərək həbs edilmiş şəxs Abasqulu Zəfər oğlu Namazova tanışı, İmişli rayon sakini Tamerlan Rauf oğlu Hüseynov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman orada olan 5 ədəd plastik yoqurt qabının içərisində xüsusi üsulla gizlədilmiş sellofan bükülülərdə ümumi çəkisi 3,06 qram olan psixotrop maddə - metamfetamin, ümumi çəkisi 3,400 qram olan narkotik maddə - marixuana, ümumi çəkisi 6,143 qram olan narkotik maddə - heroin və ümumi çəkisi 0,24 qram olan 6 ədəd dərman həbi - metadon aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.