Qaydaları pozan “Prius” sürücüsü saxlanıldı, maşında külli miqdarda narkotik aşkarlandı - FOTOLAR

Suraxanı DYPŞ -nın əməkdaşları “Prius” markalı avtomobildə narkotik vasitə aşkarlayıblar. 

Bakı şəhər BPİ DYPİ-nin baş inspektoru polis mayoru Araz Əsgərli Stopnarkotik.az-a bildirib ki, DYP əməkdaşları 99-UD-357 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü 1974 -cü il təvəllüdlü Abdullayev Ələsgər Fizuli oğlunu yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlayıblar. Müəyyən edilib ki, sürücü narkotik vasitələrin təsiri altında avtomobil idarə edir. 

Avtomobildə olan 1974-cü il təvəllüdlü Məhərrəmov Vüsal Sabir oğlunun şübhəli hərəkətləri əsasında avtomobilə baxış keçirilib və 1 kq 26 qr heroin aşkarlanıb. 

Şübhəli şəxslərlə saxlanılaraq Suraxanı RPİ-yə təhvil verilib. Araşdırmalarla narkotik vasitələri təhvil alacaq şəxs də müəyyən olunaraq, saxlanılıb. 

Faktla bağlı araşdırmalar davam etdirilir.

Stopnarkotik.az