Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alındı

Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin əməliyyat aparatının əməliyyat-axtarış tədbirləri nəticəsində 6 saylı cəzaçəkmə müəssisəsinə psixotrop maddə keçirilməsinin qarşısı alınıb.

Stopnarkotik.az xəbər verir ki, bu barədə Penitensiar xidmətindən bildirilib.

Məhkum Elçin Əlisəfa oğlu Məmmədovla görüşə gəlmiş həyat yoldaşının üzərində gizlətdiyi bükülüdə 8,499 qram metamfetamin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

"Cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxslərə qadağan olunmuş əşyaların verilməsi və ya ötürülməsinin cinayət məsuliyyətinə səbəb olduğu bir daha vətəndaşların diqqətinə çatdırılır", PX-dən bildirilib.