Azərbaycanda təkrar cinayətkarlığın DƏHŞƏTLİ MƏNZƏRƏSİ –  Ölkəmizdə cinayətkarlıq “gəncləşir”

Ölkəmizdə təkrar cinayətkarlıq hallarının günbəgün çoxalması ciddi narahatçılıq doğurur. Xüsusilə məktəblilər arasında cinayətkarlığın və cinayətə meylliliyin artması hər bir vətəndaşı dərindən düşündürməlidir. Çünki millətimizin və dövlətimizin gələcəyi məhz yeniyetmələrdən, gənclərdən asılıdır.

Lakin çox təəssüflə qeyd edirik ki, cəmiyyətimizdə bu sahədə ümumi mənzərə heç də ürəkaçan deyil. Əksinə, ölkədə cinayətkarlıq faktları durmadan artmaqdadır.

Dəyərli oxuculara da məlum olduğu kimi, Stopnarkotik.az saytı hər ay ölkəmizdə narkotiklə əlaqəli həbslərin statistikasını aparmaqla yanaşı, cinayət faktlarını da diqqətdən qaçırmır. Belə ki, ay ərzində hazırladığımız hesabat xarakterli yazımızda rəsmi mənbələrin açıqladığı təkrar cinayətkarlıq faktları ilə bağlı da oxucularımıza məlumat verməkdəyik. Əlbəttə, rəsmi məlumatlar gerçək reallığı tam olaraq əks etdirmir. Hətta ekspertlər bu rəqəmlərin 5-7 dəfə az göstərildiyini iddia edirlər. Lakin bizim, sayt olaraq, ölkədə baş verən bütün cinayət, yaxud təkrar cinayətkarlıq halları haqda ümumi məlumat əldə etmək imkanımız olmadığından, sadəcə rəsmi rəqəmlərə istinad etməyə məcburuq.

Beləliklə, oxucularımızın diqqətinə çatdıraq ki, sentyabr ayında ölkəmizdə ümumilikdə 45 təkrar cinayətkarlıq faktı qeydə alınıb. Bunun 16-sı narkotiklə, 29-u isə digər cinayətlərlə bağlı olub. Bu faktlarla aşağıdakı linkə daxil olaraq, tanış ola bilərsiniz:

 

Sonda bir daha qeyd edək ki, əslində, təkrar cinayətkarlıq faktı ilə bağlı son ayların statistikası cəmiyyətdə SOS siqnalı veriləcək dəhşətli nəticə hesab oluna bilər. Bu, ən azı onu deməyə əsas verir ki, hazırda ölkə həbsxanaları heç də məhbusları islah etmir, əksinə, belə demək mümkündürsə, yeni-yeni kriminal ünsürlər yetişdirərək, topluma ixrac edir.

Onu da nəzərə alsaq ki, açıqladığımız rəqəmlər sadəcə Stopnarkotik.az saytının aşkarladığı məlumatlardır və əməkdaşlarımızın diqqətindən qaçan, eləcə də mətbuata açıqlanmayan faktların daha çox olduğunu da nəzərə alsaq, ölkədə təkrara cinayətkarlığın cəmiyyətimiz üçün ciddi problemə çevrildiyini deyə bilərik.

Stopnarkotik.az