Bank kartından oğurluq edən keçmiş məhkum ələ keçdi

Sentyabrın 23-də bir nəfərin bank kartından oğurluq etməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş T.Əliyev müəyyən olunaraq saxlanılıb.

Stopnarkotik.az xəbər verir ki, o, Nəsimi RPİ 22-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.

Faktla bağlı araşdırma aparılır.