Bakının Səbail rayonu ərazisində bir nəfərin velosipedini oğurlamaqda şübhəli bilinən əvvəllər məhkum olunmuş K.Əmirov saxlanılıb.
Stopnarkotik.az xəbər verir ki, o, Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə yaxalanıb.
Səbail RPİ 41-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə sentyabrın 5-də Badamdar yolunda bir nəfərin velosipedindən 355 manat pul oğurlamaqda şübhəli bilinən T.Zeynalov saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.