Gəncədə narkotik vasitəni əldə edib saxlamaqda şübhəli bilinən şəxs tutulub.
Stopnarkotik.az xəbər verir ki, Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinin Gəncə Xətt Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində qanunsuz olaraq narkotik vasitə əldə edib saxlamaqda şübhəli bilinən, Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Kəmaləddin Qasımov saxlanılaraq Polis Şöbəsinə gətirilib.
Şübhəli şəxsin üzərinə baxış keçirilən zaman 2 kiloqram 350 qram narkotik vasitə olan marixuana aşkar edilərək götürülüb.
Faktla bağlı araşdırmalar davam etdirilir.